25 Yanvar 10:35
285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “Əql və Ədalət Birliyi” partiyasının deputatı Sevim Dağdelen ölkə ərazisindən ABŞ hərbi qüvvələrinin və nüvə silahlarının çıxarılmasının vacibliyi vurğulayıb.

Teleqraf.com xəbər verir ki, deputat bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Deputatın fikrincə, Avropa dərk etməlidir ki, onun və ABŞ-nin fərqli maraqları var.

"Almaniya üçün Amerikanın hərbi qüvvələrini və nüvə silahlarını geri çəkmək vaxtı çatıb. Məhvedici vassal loyallığına son qoyulmalıdır", – deputat qeyd edib.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər