25 Yanvar 12:05
237
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni Dövlət katibi Marko Rubio Çinin xarici işlər naziri Vanq Yi ilə ilk telefon danışığı zamanı rəsmi Pekinin Tayvana və Cənubi Çin dənizinə qarşı aqressiv davranışından narahatlığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Dövlət Departamentinin mətbuat katibi Təmmi Brüsün sözlərinə görə, danışıqlar zamanı Rubio, Tramp administrasiyasının ABŞ-nin maraqlarını irəlilədən əlaqələri dəstəkləyəcəyini vurğulayıb.

"Dövlət katibi, həmçinin ABŞ-nin Çinin Tayvan və Cənubi Çin dənizində həyata keçirdiyi zorakı hərəkətləri ilə bağlı ciddi narahatlığını qeyd edib", – Dövlət Departamentinin nümayəndəsi bildirib.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər