25 Yanvar 13:45
247
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail yanvarın 25-də HƏMAS hərəkatı ilə imzalanmış razılaşma çərçivəsində 200 fələstinli məhbusu azad edəcək. Bunun qarşılığında isə 4 israilli əsir buraxılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Fələstin Məhbuslarla İş Komissiyası məlumat verib.

Komissiyanın məlumatına görə, dərc edilən siyahıda 121 ömürlük həbs cəzası almış və 79 uzun müddətə həbs edilmiş fələstinlinin adı var.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər