25 Yanvar 13:22
263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında beş PKK/YPK terrorçusunu öldürüb.

Teleqraf.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, İraqın şimalındakı Haftanin bölgəsində iki, Suriyanın şimalındakı "Barış Pınarı" bölgəsində isə üç terrorçu müəyyən edilərək öldürülüb.

Məlumatda terrorçulara qarşı əməliyyatın fasiləsiz davam etdiriləcəyi bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər