Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində 110 fələstinli məhbus İsrail həbsxanalarından azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə fələstinli məhbusların işləri üzrə idarə məlumat yayıb.
“110 fələstinlidən ibarət üçüncü məhbus qrupunun azad edildiyini məmnuniyyətlə elan edirik. Buraya ömürlük azadlıqdan məhrum edilmiş 32 nəfər, uzunmüddətli cəza çəkən 48 nəfər və 30 yetkinlik yaşına çatmayan şəxs daxildir”, - ofisin açıqlamasında bildirilir.