“Gürcüstanı ikinci cəbhə açmağa birbaşa çağıran urkaynalı deputatın AŞPA-nın simalarından biri olması çox faciəvi haldır”.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ukrayna parlamentinin üzvü Aleksey Qonçarenkonun AŞPA-da Gürcüstanla bağlı qətnamənin hazırlanmasında iştirak etməsi barədə yayılan məlumatları jurnalistlərə şərh edərkən deyib.
Onun sözlərinə görə, A.Qonçarenko Gürcüstanla bağlı məqsədinə nail ola bilməyib.
“O, indi hər vasitə ilə Gürcüstanı “cəzalandırmağa” çalışır. Müxalifətə gəlincə, onlar da kollektiv “Qonçarenkolar”dır, heç bir fərq yoxdur. Onlar da ikinci cəbhə istəyirdilər və buna nail ola bilmədilər, ona görə də bu gün Qonçarenko kimi qəzəblənirlər. Bu, onların bütün hərəkətlərinin əsasıdır, onlar da Qonçarenko kimi xarici agentlərdir. Onların yeganə vəzifəsi havadarlarının əmrlərini yerinə yetirməkdir və himayəçilər ikinci cəbhəni açmadığımıza görə üzülürlər”, - deyə baş nazir bildirib.