09:54
340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif Məmləkət Partiyasının sədri Məhərrəm İncənin vaxtilə üzvü olduğu Cümhuriyyət Xalq Partiyasına (CHP) qayıdacağı ilə bağlı müzakirələr davam edir.

Teleqraf.com xəbər verir ki, jurnalist Barış Yarkadaş “TGRT News”a məsələ ilə əlaqədar diqqətçəkən açıqlama verib.

“Məhərrəm İncə 15 gün ərzində CHP-yə qayıdacaq. Bunu əminliklə deyirəm. O, sıravi üzv olaraq qayıdır, başqa heç bir tələbi yoxdur. Özü də bildirib ki, CHP üzvü olaraq həyatını davam etdirmək istəyir”, - jurnalist qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər