15:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın gələcəyi müharibə və əhalinin kütləvi miqrasiyasına görə təhlükə altındadır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

Ukraynada müharibənin uzandığını bildirən dövlət katibinin fikrincə, bunun qarşısını almaq üçün hər iki tərəf danışıqlara və güzəştlərə getməlidir:

“Müharibə Ukraynanı 100 il geriyə saldı və milyonlarla vətəndaşının xaricə üz tutması səbəbindən gələcəyi risk altındadır”.

Rubio ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyasını Ukrayna ilə bağlı dünya ictimaiyyətini aldatmaqda ittiham edib: “Bir yalan var, bizə deyirdilər ki, Ukrayna Rusiyanı nəinki məğlub edə, hətta məhv edə, onu 2012-2014-cü il sərhədlərinə, Krım və digər ərazilərə qədər sıxışdıra bilər.

Reallıq belədir: Ukrayna artıq bir il yarımdır dalana dirənib, uzanan münaqişəni dəstəkləmək üçün maliyyə tələb edir. Prezidentin (Donald Tramp) nöqteyi-nəzərindən bu, uzunmüddətli münaqişədir və ona son qoyulmalıdır”.

Rubio vurğulayıb ki, həm Ukrayna, həm də Rusiya müharibəni dayandırmaq üçün nələrdənsə imtina etməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər