Yaponiya öz sərhədlərində Rusiyanın hərbi aktivliyini diqqətlə izləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayasi bildirib.
Rusiyanın Tu-95 MC raketdaşıyan təyyarələrinin Yapon dənizi üzərində uçuşlarını şərh edən baş katib deyib: "Biz Rusiyanın sərhədlərimiz yaxınlığındakı hərbi fəallığını böyük diqqətlə izləməyə davam edirik".
Hayasi qeyd edib ki, Yaponiyanın özünümüdafiə qüvvələrinin qırıcıları rus təyyarələrini müşayiət etmək üçün havaya qalxıblar.
Baş katib əlavə edib ki, rəsmi Tokio öz diplomatik kanalları vasitəsilə Moskvaya bu mövzuda narahatlığını dəfələrlə bəyan edib.