Suriyanın keçid hökumətinin rəhbəri Əhməd Şəra Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, Şəra Səudiyyə Ərəbistanı səfərindən sonra Türkiyəyə gələcək. Şəranın Prezident Rəcəb Tayyib Ərdoğanla üz-üzə görüşəcəyi Türkiyə səfəri zamanı gündəmin ən mühüm mövzusu PKK/YPG terror təşkilatının Suriyadakı mövcudluğu məsələsi olacaq.
Şəranın bundan əvvəl planlaşdırılan səfəri müəyyən məsələlərə görə təxirə salınmışdı. Suriyanın yeni liderinin yaxın iki həftə ərzində Türkiyəyə gələcəyi gözlənilir”, - məlumatda deyilir.