30 Yanvar 17:07
220
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan və Gürcüstan regional inkişafda fəal rol oynayır. Sülh layihəsi bu reallığı nəzərə alır və bunun üçün çox konkret faydalar verə bilər”.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Gürcüstan və Ermənistan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 14-cü iclasında deyib.

Baş nazirin sözlərinə görə, 2024-cü il qlobal və regional problemlər ili olsa da, Gürcüstan və Ermənistan harmonik həll yolu tapa biliblər.

“Bizim əməkdaşlığımız hazırkı çətin geosiyasi fona baxmayaraq, diqqəti mühüm məsələlərə yönəltmək strategiyasına əsaslanır. Gələcəkdə bir-birimizi dəstəkləyəcəyik və əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik”, - N.Paşinyan əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər