Dağıstanın rəhbəri Sergey Melikov əməliyyat olunub. O, ayağındakı zədəni müalicə etmək üçün fevralda 10 gün reabilitasiya keçəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə respublika başçısının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin aprelində Məlikov ayağından əməliyyat olunub.
Mətbuat xidməti bildirir ki, Melikovun səlahiyyətlərini vilayət hökumətinin sədri Əbdülmüslim Əbdülmüslimov icra edəcək .