31 Yanvar 23:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Tallinndəki səfirliyi Estoniya Xarici İşlər Nazirliyinə Valqa şəhərindəki kütləvi məzarlıqda Qırmızı Ordu əsgərlərinin adları yazılmış lövhələrin sökülməsi ilə bağlı etiraz notası göndərib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə səfirlik "Telegram" kanalında məlumat yayıb.

“Biz səfirlikdən Estoniya Xarici İşlər Nazirliyinə nota göndərərək onlardan bu əməllərini dayandırmağı və sovet hərbi abidələrinin ləğvi üzrə əxlaqsız kampaniyaya son qoymağı tələb etdik”, - səfirliyin bəyanatında deyilir. .

Məlumatda həmçinin qeyd olunur ki, Estoniya hakimiyyəti faşizmə qarşı mübarizədə canlarını fəda edən sovet əsgərlərinin xatirəsinə qarşı növbəti vandalizm aktı həyata keçirib.


Müəllif: Arzu

Oxşar xəbərlər