00:42
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yaşayan miqrantların övladları rus dili imtahanından keçə bilməsələr, cərimələnəcəklər.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Rusiya Təhsil Nazirliyi tərəfindən hazırlanıb.

İmtahandan keçməyən azyaşlı əcnəbilər bir ay ərzində əlavə rus dili hazırlığı proqramlarına başlamasa, onlar haqqında məlumat qəyyumluq orqanları tərəfindən Rusiya Daxili İşlər Nazirliyinə və yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi komissiyasına göndəriləcək. Bundan sonra onların valideynləri övladının təhsili ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmədiklərinə görə inzibati məsuliyyətə cəlb olunacaqlar.

Bununla belə, uşağın rus dilini bilməsinin təhsili başa çatdırmaq üçün kifayət etmədiyinə inanmaq üçün əsas varsa, o, təkrar imtahana göndərilə bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər