Rusiya yanvarın 31-də axşam saatlarında Odessaya raket hücumu edib. Hücum nəticəsində xəsarət alanlar var.
Teleqraf.com xəbər verir ki, bundan əvvəl Hərbi Hava Qüvvələri cənubdan ballistik raketlərin buraxılması təhlükəsi barədə xəbərdarlıq etmişdi.
Daha sonra Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper deyib ki, Rusiya Odessanın tarixi mərkəzini raketlərlə vurublar.
Odessa meri Gennadi Truxanov qeyd edib ki, UNESCO-nun qorunan ərazisində dağıntı qeydə alınıb. Güclü mühafizə altında olan binaya ziyan dəyib. O bildirib ki, hücum nəticəsində iki nəfərin xəsarət aldığı məlumdur, onlar xəstəxanaya yerləşdiriliblər.