NATO rəsmiləri ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ-a qoşulması ilə bağlı şərhindən sonra alyansın Arktikada hərbi varlığının əhəmiyyətli dərəcədə genişləndirilməsini təklif etməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə "DPA" nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, bu təşəbbüs qeyri-rəsmi müzakirə olunur. Bu, Trampın Qrenlandiyanın Amerikaya məxsus olması ilə bağlı iddiaları ətrafında yaranan gərginliyi azaltmaq məqsədi daşıyır.
Mənbələr vurğulayırlar ki, NATO-nun Arktikada genişlənməsi Vaşinqtonun regional təhlükəsizlik maraqlarını müdafiə etməyə kömək edəcək. Onlar hesab edirlər ki, Tramp Rusiya və Çinin Arktikadakı fəaliyyətini nəzərə alaraq Qrenlandiya ilə bağlı narahat olmaqda haqlıdır.