31 Yanvar 22:54
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya parlamenti Xristian Demokrat İttifaqı (CDU) və Xristian Sosial Birlikdən (CSU) ibarət mühafizəkar blokun təklif etdiyi miqrasiya siyasətinin sərtləşdirilməsi təşəbbüsünü rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, müvafiq qanun layihəsinin lehinə 338, əleyhinə isə 350 deputat səs verib, daha 5 deputat bitərəf qalıb.

Səsvermədən öncə Almaniya parlamentində miqrasiya məsələləri ilə bağlı qızğın müzakirələr aparılıb.


Müəllif: Arzu

Oxşar xəbərlər