11:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları mövcuddur. Eyni zamanda işğaldan azad edilmiş rayonlarda da YAP-ın şöbələri fəaliyyət göstərir. Köçkünlərin ölkənin müxtəlif ərzilərində yaşamasına baxmayaraq, Qubadlı, Laçın, Kəlbəcər, Xocalı, Ağdam, Zəngilan, Füzuli üzrə YAP-ın yerli təşkilatları var idi. İndi də bu təşkilatlar fəaliyyətlərini davam etdirirlər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Siyavuş Novruzov deyib.

“Xankəndi şəhərində də YAP-ın təşkilatının formalaşdırılması mümkündür. Artıq orada müəyyən şəxslər iş və digər məsələlərlə bağlı məskunlaşıb. Qarabağ Universiteti də Xankəndi şəhərində fəaliyyət göstərir. Ona görə də bu tarixi şəhərimizdə də YAP-ın şəhər təşkilatı yaranacaq”, - deyə o qeyd edib.

YAP funksioneri bildirib ki, ötən il və bu il YAP-ın əsas istiqaməti prezident, parlament və bələdiyyə seçkilərinə yönəlmişdi: “Partiya bütün qüvvəsini seçkilərə səfərbər etmişdi. Artıq seçki prosesləri uğurla yekunlaşıb. Bu baxımdan Xankəndi, Ağdərə, Hadrut və başqa ərazilərimizdə məskunlaşma fonunda YAP-ın rayon və şəhər təşkilatlarının yaradılması ilə bağlı təşəbbüs var və formalaşdırılacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər