PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan yaxın günlərdə çağırış edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin müxalif Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) həmsədri Tuncər Bakırhan məlumat verib.
“Öcalan yaxın günlərdə tarixi çağırış etməyə hazırlaşır, biz də onu dəstəkləyirik. Fevralın 15-i də ola bilər, sonra da. Hökuməti tarixi məqamda öz rolunu oynamağa çağırırıq, top artıq Ərdoğanın meydanındadır”, - partiya rəsmisi bildirib.
Çağırışın PKK-nı silaha yerə qoyaraq, silahlı mübarizəni dayandırmaqla və təşkilatın ləğvi ilə bağlı olacağı gözlənilir.