Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstana rəsmi səfərə yollanıb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.
İkigünlük səfər çərçivəsində İ.Kobaxidze Qazaxıstanın Baş naziri Oljas Bektenovla təbkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirəcək. Baş naziri Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev də qəbul edəcək.
İ.Kobaxidzeni səfərdə baş nazirin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze, idman naziri Şalva Qoqoladze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani müşaiyət edəcəklər.