29 İyun 2015 08:53
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa rəsmilərinin məlumatına görə, Lion şəhəri yaxınlığında mayeləşdirilmiş qaz zavoduna hücumda şübhəli sayılan şəxs, rəisnin kəsilmiş başı ilə selfie çəkdiribmiş.

Kəsilmiş baş fonunda çəkdirdiyi selfie fotosunu 35 yaşlı Yassin Salhi WhatsApp şəbəkəsi vasitəsilə Kanadada qeydə alınmış nömrəyə göndərib.

Həmin nömrə sahibinin kimliyi hazırda müəyyənləşdirilməkdədir. İstintaq nümayəndələri həmin adamın hazırda güya Suriyada olduğu barədə xəbərləri təsdiq etmirlər.

Fransanın Lion şəhəri yaxınlığındakı qaz zavoduna hücum cümə günü, iyunun 26-da baş vermişdi.
Nəqliyyat şirkətinin əməkdaşı xidməti avtomobildə müəssisə ərazisinə daxil olaraq maşınını küçədə düzülmüş qaz ballonlarına çırpmışdı.

Hadisə baş verən zaman zavod əməkdaşlarından heç kim zərər çəkməyib.

Zavod ərazisində Yassin Salhi işlədiyi nəqliyyat şirkətinin rəisinin başı bədənindən ayrılmış cəsədi aşkar olunmuşdu.

Kəsilmiş baş zavodun hasarına keçirilmiş vəziyyətdə aşkar edilib. Rəisin harada qətlə yetirildiyi bilinmir.


Müəllif:

Oxşar xəbərlər