29 Avqust 2015 00:20
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada Mərakeş kralı VI Məhəmməd barədə kitab yazan 2 jurnalist həbs edilib. Onlar şantaj yolu ilə monarxdan 3 milyon avro almağa çalışmaqda ittiham edilirlər. Trend bu barədə Lenta.ru saytına istinadən məlumat verir.

Cinayətkarlar – Erik Loran və Katrin Qrasye guya kralın adını ləkələyə biləcək məlumatın yer aldığı kitabı nəşr etdirməmək üçün VI Məhəmməddən pul almaq istəyiblər.

Avqustun 11-i E.Loran kralın vəkili ilə görüşüb və ona tələblərini bildirib. Mərakeş hökumətinin reaksiyası isə Fransa polisinə müraciət etmək olub.

Fransa hüquq-mühafizə orqanları şantajçıları izləməyə başlayıb. Onlar E.Loran və K.Qrasyenin VI Məhəmmədin nümayəndəsi ilə daha bir görüşünü videoya çəkib. Bu görüş zamanı jurnalistlərə məbləğin bir hissəsi verilib. Polis cinayətkarları bu pulla birgə saxlayıb.

Xatırladaq ki, E.Loran Mərakeşin əvvəlki kralı II Həsən barədə kitabın müəllifi olub. Kitab 1993-cü ildə nəşr olunub.


Müəllif:

Oxşar xəbərlər