Gecə saatlarında Suriyanın İŞİD-in nəzarətində olan ərazilərindən Türkiyəyə üç raket mərmisi atılıb.
Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, Suriya tərəfindən atılan raketlər Türkiyənin Kilis vilayətinə düşüb.
Hadisə zamanı ölən və ya yaralananlarla bağlı hələlik heç bir məlumat verilməyib. İnsidentdən dərhal sonra mərminin düşdüyü Yaşar Aktür məhəlləsinə çox sayda təcili yardım briqadası gəlib.
Samir