Fransa İran prezidenti Həsən Ruhaninin müşaviri Həmid Əbutalibin bu ölkəyə səfir göndərilməsi qərarını qəbul etməyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Fransa bu addımı Əbutalibin 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinə hücumda mühüm rol oynaması ilə əsaslandırıb.
Ruhani 2014-cü ildə Əbutalibi İranın BMT-dəki nümayəndəsi təyin edərkən də eyni qalmaqal yaşanıb.
Əbutalib özü 1979-cu ildə ABŞ səfirliyinə basqında fəal rol oynamadığını, ancaq hadisələrdən sonra görüşlərdə vasitəçi və tərcüməçi kimi iştirak etdiyini bildirib.
Mahir