14 May 2016 01:38
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gürcüstan patriarxlığında Gürcüstanda səfərdə olan İraq din xadimi Ayətullah Şəhristaninin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Patriarxı II İlya ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Pravoslav Kilsəsi rəhbərliyinin və Dini Məsələlər üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə təşkil olunan görüşdə çıxış edən Gürcüstan Patriarxı II İlya, Ayətullah Şəhristani, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və İranın Gürcüstandakı səfiri Abbas Talebifar belə görüşlərin müsəlman və xristian xalqları arasında dostluğu və ölkələr arasında əlaqələri möhkəmləndirdiyini bildiriblər.

Görüşdə dinlərarası dialoqun vacibliyindən, dinlərin dostluq, qarşılıqlı hörmət və tolerant şəraitində inkişaf etdirilməsinin vacibliyindən söhbət açılıb.

Din xadimləri qeyd ediblər ki, dünyada yaşanan terror hadisələrinin coğrafiyası olmadığı kimi dini də yoxdur: “Bu gün din adına törədilən terrordan bir tək müsəlman ölkələri əziyyət çəkmir, həmçinin bəzi Avropa ölkələrində də terrorlar törədilir. Məlum olduğu kimi bütün sülh və barışa səsləyən ilahi dinlər ekstremizmi lənətləyir. Bu kimi problemlərin və ümumiyyətlə, dini sahədə bir çox məsələlərin həllində dini icmaların birgə hərəkət etmələri, sülh və barışa səsləyən bəyanatları mühüm əhəmiyyət kəsb edir.” Görüşün sonunda Ayətullah Seyid Cavad Şəhristani Gürcüstan Patriarxı II İlyaya hədiyyələr təqdim edib.


Müəllif: