"Barselona"lı futbolçu Leonel Messi iyunun 2-də məhkəmədə ifadə verəcək. Teleqraf.com xəbər verir ki, barəsində 22 aylıq həbs istənilən futbolçi vergi qaçaqmalçılığında ittiham edilir.
2007-2009-cu illərdə reklam gəlirlərindən 4,1 milyon avroluq vergini gizlətməkdə ittiham olunan Messi və atası Corc Horakio haqqında Kataloniya məhkəməsində cinayət işi açılıb.
İttihamlaqı qəbul edən Messi və atası ötən müddət ərzində 5 milyon avro cərimə ödəyiblər. Amma dövlət ittihamçısı onların həbs edilməsini məhkəmədən tələb edirlər.
Ayxan