Rusiyaya məxsus hərbi qüvvələr Suriyanın İdlib şəhərini bombalayıb.
Teleqraf.com xəbər verir ki, nəticədə 7 nəfər ölüb, 30 nəfər yaralanıb.
İdlibin mülki müdafiə səlahiyyətlisi Leys Firas Anadolu Agentliyinin müxbirinə bildirib ki, müxaliflərin nəzarətində olan Akraiy, Şamaat, Amn el Davle kəndləri və Karlton Hoteli Rusiya qırıcıları tərəfindən bombalanıb.
Ayxan