Azərbaycan Yazıçılar Birliyinin “Natəvant klubunda “Şeyx Nizami” adlı kitabın təqdimat mərasimi keçirilib.
Kult.az xəbər verir ki, mərasimdə müəllifi görkəmli xadim, publisist Mirzə Məhəmməd Axundov olan kitabı ərəb əlifbasından transliterasiya edən filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova, AMEA-nın əməkdaşları, ziyalılar iştirak ediblər.
Təhminə Bədəlova kitabın Azərbaycan mədəniyyəti üçün mühüm əhəmiyyət daşımasından və ərsəyə gəlmə prosesindən danışıb. Tədbirdə həmçinin Difai Partiyasının Azərbaycan insanı üçün tarixi mübarizəsindən söz açılıb.
Qeyd edək ki, kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Nüşabə Araslı, rəyçiləri akademik Teymur Kərimli, filologiya elmləri doktoru, professor Alxan Bayramoğludur.