"Köhlən" nəşriyyatı yazıçı Zahid Sarıtorpağın "Quşların intiharına ağlamayın" adlı kitabını çap edib.
Bu barədə Teleqraf.com-a yazıçı özü məlumat verib.
Kitaba yazıçının eyni adlı romanı daxildir. Bu, yazıçının nəşr olunmuş sayca 4-cü romanı və 4-cü kitabıdır.
Bundan əvvəl Zahid Sarıtorpağın iki şeirlər və romanlardan ibarət bir nəsr kitabı çap olunub.
"Quşların intiharına ağlamayın" romanı 2018-ci ildə "Azərbaycan" jurnalında dərc edilib və maraqla qarşılanıb.
Zahid Sarıtorpağın sözlərinə görə, romanın kitab şəklində çapı "Köhlən" nəşriyyatının öz təşəbbüsüdür: "Bu, mənim yazmış olduğum altıncı romandır. İkisi hələ işıq üzü görməyib. "Köhlən" nəşriyyatına təşəkkürümü bildirirəm".