Azərbaycan Ordusunun cəbhədə apardığı anti-terror əməliyyatı zamanı Ermənistan parlamentinin deputatı, Nikol Paşinyanın lideri olduğu “Mənim addımım” fraksiyasının üzvü Sasun Mikaelyanı yaralanıb.
Teleqraf.com xəbər verir ki, I Qarabağ müharibəsinin iştirakçısı olan, azərbaycanlılara qarşı hərbi cinayətlərdə iştirak edən erməni deputatın yaralanmasını həmkarı Artak Manukyan təsdiqləyib.
İlkin məlumatlara görə, Qarabağa könüllü gələn erməni deputat qəlpə yaraları alıb və hazırda müalicə olunur.