SOROS Fonduna yaxınlığı ilə seçilən Ermənistanın “Məlumatlı vətəndaşlar birliyi” ictimai təşkilatının rəhbəri Daniel İoannisyan ABŞ Konqresinə müraciət etdib.
Teleqraf.com xəbər verir ki, o, konqresmenlərdən Ermənistanın Rusiyadan asılılığının tam aradan qaldırılması üçün kömək etmələrini istəyib.
Daniel bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ermənistandakı demokratları, demokratik prosesi sevmir.
Daniel İoannisyanıb müraciəti konqresmenlər arasında müsbət qarşılansa da, Ermənistanda Rusiyaya yaxınlığı ilə seçilən dairələrin qəzəbinə tuş gəlib.
Qeyd olunub ki, müharibənin getidiyi bir dönəmdə Rusiya ilə münasibətlərin pozulmasını hədəfləyən belə müraciətlərin indi vaxtı deyil.