Ermənistanın ekologiya nazirinin müavini İrina Kaplanyan istefa məktubunu Baş nazir Nikol Paşinyana təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu barədə onun özü məlumat verib.
“Ölkəmə xidmət etmək ən böyük şərəf idi. Etibar etdiyiniz üçün təşəkkür edirəm”, - nazir müavini Feysbuk səhifəsində yazıb.
Kaplanyanın Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana təslim bəyannaməsinə imza atdığı üçün istefa verdiyi bildirilib. Bundan əvvəl bir qrup deputat Paşinyana etiraz edərək, hakim “Mənim Addımım” Partiyasından istefa verib.