“Nikol Paşinyanın “Mənim addımım” fraksiyası ilə görüşü Milli Məclisin salonunda baş tutur”.
Teleqraf.com xəbər verir ki, bunu “İşıqlı Ermənistan” parlament fraksiyasının üzvü Ani Samsonyan deyib.
“Adi bir sessiya və ya fövqəladə bir iclas olmadığı üçün bunu etməyə haqları yoxdur. Etibar və qanunilikdən məhrum olan şəxslər özləri üçün suallar və cavablar hazırlayıblar.
Axı başa düşürsən ki, artıq bu divarların arxasında deyilsən və Milli Məclisin salonunda özünü aldatmaqla məşğulsan”, - Ani Samsonyan qeyd edib.