“Bu gün bu salonda yalnız bir məsələ müzakirə oluna bilər və müzakirə olunmalıdır - hərbi vəziyyətin ləğvi və Nikol Paşinyanın istefası”.
Teleqraf.com xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zohrabyan Ermənistan parlamentinin iclasında deyib.
“Burada başqa bir məsələni müzakirə etmək üçün mənəvi haqqımız yoxdur. İndi bizim tarixi missiyamız ölkəyə yeni dağıntılar törətməyə vaxtı çatmadan Nikol Paşinyanın əlindən tutmaqdır”, - Naira Zohrabyan vurğulayıb.
Zohrabyan Baş nazir Paşinyanın Azərbaycan qarşısında diz çökdüyünü bildirib:
“Nikol Paşinyan bir türkün qarşısında diz çökən bir liderdir, hakimiyyətdə qala bilməz. Ölkəmizdə vətəndaş müharibəsi olmayacaq. Başqa alternativimiz yoxdur”.