21 Noyabr 2020 13:23
2 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistana gələn Rusiya Qurumlararası Humanitar Mərkəzinin nümayəndə heyətinə müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla yanaşı fövqəladə halar naziri Yevgeni Ziniçev, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, səhiyyə naziri Mixail Muraşko və “Rospotrebnadzor”un (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) rəhbəri Anna Popova daxildir.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə nümayəndə heyətindən məlumat verilib.

Bundan əvvəl Sergey Şoyqu ilə Sergey Lavrovun İrəvana gəldiyi bildirilmişdi.

Sergey Şoyqu baş nazir Nikol Paşinyanla görüşüb. Daha sonra Xarici İşlər naziri Sergey Lavrovla birgə Rusiya nümayəndə heyəti Ermənistan prezidentinin iqamətgahına gəlib.


Müəllif: Səxavət