27 Noyabr 2020 12:55
14 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

10:27

İki il yarımdır ki, tolerantlıq nümayiş etdirərək susan, Baş nazir Paşinyanın bəzi anti-konstitusiya addımlarını görməzdən gələn Ermənistan Prezidenti Armen Sərkisyan yeni oyuna başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni mətbuatı bildirir.

Qeyd edilir ki, Baş nazir Nikol Paşinyanın istefa tələbini səsləndirməsi əslində Armen Sərkisyana xalqın əhval-ruhiyyəsini araşdırmaq baxımından vacib olub. Bundan başqa prezidentin mövcud reallıqlardan üzüağ çıxmaq, həmçinin qarşıdakı parlament seçkilərində iştirak etmək, qalib gəlmək və komandasını erməni parlamentinə daxil etmək kimi niyyətləri olduğu iddia edilib.

İddia olunur ki, Sərkisyan Ermənistandakı bəzi ingilis dairələrinin açıq istəklərini müdafiə edərək seçkilərdə iştirak edəcək. Hazırda prezident onun maraqlarını parlamentdə təmsil edəcək insanları müəyyənləşdirir.

Xatırladaq ki, bundan öncə də erməni mətbuatı prezidentin yaranan ab-havadan istifadə edərək Ermənistanda real hakimiyyətə iddia etdiyi haqda fikirlərə yer verilib.


Müəllif: Cavad

Oxşar xəbərlər