27 Noyabr 2020 17:49
4 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim “Erməni vendettası”ndan olan həmkarlarımız Paşinyan ailəsinin keçmiş işçisi Sofiya Xudoyanın belə bir maraqlı şərhinə rast gəliblər. O, öz şərhində zinət əşyalarını geri qaytarmağı və Anna Akopyan üçün artıq sifariş edilmiş paltarların pulunu ödəməyi tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın “Telegram-kanal”ında məlumat yerləşdirilib.

“Sputnik Ermənistan" “Erməni vendettası”na istinadən yazır:

“Paşinyanın həyat yoldaşı Anna Akopyanın keçmiş makiyaj və saç ustası, bir müddət baş nazirin dövlət büdcəsi hesabına köməkçisi işləyən Sofiya Xudoyan hazırda Akopyandan onun zinət əşyalarını geri qaytarmasını və artıq sifariş olunmuş paltarların pulunun ödənilməsini tələb edir.

Bir vaxtlar Xudoyanın maaşı və birinci xanımla xaricə işgüzar səfərləri üçün Ermənistanın dövlət büdcəsindən təxminən 40 000 dollar xərclənmişdi.

Dünya hara gedir???”

Sofiya Xudoyan özü isə bu gün Feysbukdakı hesabında yazıb:

“Xahiş edirəm, heç kim heç vaxt mənim bu günün ağrısını yaşamadığımı söyləməsin. Mən bilirəm, onlar övladlarını, qardaşlarını, ərlərini, atalarını, evlərini itirdilər... İtki dəhşətlidir, ağrı isə hamımız üçündür. Ürəyim döyünür, amma mən çox danışanlardan deyiləm... Ancaq xahiş edirəm bu məsələləri mənim yazdığım şərhlə paralel götürməyə çalışmayın. Anna mənə zinət əşyalarımı və pullarımı qaytarmır. Bunlar müqayisə oluna bilməz və bir çox şərhlər yumşaq desək yersizdir!

Bunlar heç kim üçün asan deyil və ölkə başçısının belə davrana biləcəyini düşünmək iyrəncdir. Çoxları deyirlər ki, ona şəxsən müraciət et. Mənim yaxınlarım təxminən 1 ildir müraciət edirlər. Mən bütün cavabları onun köməkçilərinə təqdim edəcəyəm!

Əgər o qadın sifariş xidmətləri üçün pul ödəməli olduğunu anlamırsa, onda bunu ictimaiyyətə bildirsin.

Lazımsız şeylər yazmamağa çalışın, çünki buna ehtiyac yoxdur”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər