Nikol Paşinyan qarşısında qoyulan bütün tələblərə əməl edib. İndi də Moskvaya gedib zərbə almış hakimiyyətini qorumağa çalışacaq. Anlayır ki, İrəvanda əsas güc sahibləri Moskvanın ağzına baxırlar. Moskvadan desələr ki, biz əlimizi Paşinyanın üzərindən çəkirik, bundan sonra özünüz bilərsiniz, bu halda Paşinyan əlac axtarmaıdır. Yox, əgər Moskvada Paşinyana dəstək versələr ki, indi hakimiyyət dəyişikliyinə yol açmağın vaxtı deyil, Paşinyan çalışacaq ki, azı 6 ay zaman qazansın və iqtidar rıçaqlarını tam özünə qaytarmaqla manevr imkanlarını artırsın”.
Bu fikirləri Teleqraf.com-a politoloq Rasim Musabəyov Ermənistan Baş naziri Nikol Paşinyanın Moskva səfəri haqqında danışarkən deyib.
Musabəyov xatırladıb ki, Ermənistan prezidenti Armen Sərkisyan da eyni məqsədlə Moskvaya səfər edib: “Sadəcə o anladı ki, Moskvada onu rəsmi qəbul etməyəcəklər və bu barədə onunla danışan olmayacaq. Odur ki, işgüzar səfər edərək vəziyyəti özü üçün dəqiqləşdirməyə çalışdı.
Prezident anlayır ki, Paşinyan indiki vəziyyətdə onu impiçment etmək iqtidarında deyil. Özü hökumət başçısı da ola bilməz, çünki tutduğu post buna imkan vermir. Ancaq hakimiyyət dəyişikliyi və iqtidara məqbul şəxsin gətirilməsi prosesinin başında dura bilər. Ona görə ki, Serj Sərkisyan, Robert Köçəryan, Levon Ter-Petrosyan demək olar ki, sıradan çxıb.
İstisna etmirəm ki, texniki namizəd kimi Karapetyan irəli çıxa bilər. Əslində Karapetyan Ermənistanın baş naziri olub. O, baş nazir olmazan əvvəl Moskvada yaşayıb, indi də Moskvadadır və biznesmendir. Hazırda Emənistan daxilində hakimiyyət başına gətiriləsi fiqur yoxdur”.
Rasim Musabəyov istisna etmir ki, Moskva üçün məqbul siyasi fiqur olduğu təqdirdə Paşinyana sağ-salamat hökumət olimpini tərk etməyi məsləhət görsünlər: “Paşinyanı hakimiyyətdən legitim yolla uzaqlaşdırmaq mümkün olmadığı halda köhnə terror ənənəsi olan Ermənistanda onu vurub öldürəcəklərini də istisna etmirəm.
Paşinyan həm də anlayır ki, hakimiyyəti verdiyi və mühafizəsiz qaldığı halda özü və ailəsi ciddi təhlükə altına düşəcək. Bu halda başını götürüb Ermənistandan qaçmaqdan savayı çarəsi olmayacaq”.