Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Moskvaya gedəcək.
Teleqraf.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
A.Abazyanın Rusiya paytaxtına konkret nə vaxt gedəcəyi və danışıqlar zamanı hansı məsələlərin müzakirə ediləcəyini mətbuat mərkəzi dəqiqləşdirmək istəməyib.
Qeyd edək ki, A.Abazyan 8 oktyabr 2020-ci il tarixində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. O, bu vəzifədə Dağlıq Qarabağda döyüş əməliyyatları zamanı işdən çıxarılan 29 yaşlı Arqişti Kərəmyanı əvəz edib.