5 Dekabr 2020 13:36
2 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2016-cı ilin aprel müharibəsi Ermənistan hakimiyyətinin (Serj Sərkisyan hakimiyyəti) əraziləri Azərbaycana təhvil verəcəyinə dair şifahi vədi əsasında dayandırılmışdı”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir Ermənistanın keçmiş hakimiyyət nümayəndələrinin ittihamlarına belə cavab verib:

“Müharibədən qaça bilsəydiniz, bunu 2016-cı ildə edərdiniz. Bunu edə bilmədiniz, ancaq ərazilərin təhvil verilməsinə dair şifahi razılığınızla müharibəni dayandıra bildiniz. Niyə eyni şeyi edə bilmədik? Bizə Ermənistanın artıq bir neçə dəfə vədlər verdiyini və yerinə yetirmədiyini söylədiklərinə görə...”.

Paşinyan müharibənin noyabrın 9-da imzalanan sənəd vasitəsi ilə dayandırmağın mümkün olduğunu deyib. Müharibənin ilk günündə parlamentin tribunasından müharibəni hansı şərtlərlə dayandıra biləcəyini dediyini xatırladıb:

“İndi məlum oldu ki, hamısı 5 + 2 formatında ərazilərin təhvil verilməsinin tərəfdarıdır. Belə olsaydı, 2016-cı, 2017-ci ildə edərdilər. Müharibənin qarşısını alardılar. Xüsusilə Aprel müharibəsindən sonra bütün nüansları bilirdilər. Bəzilərinə görə, Azərbaycan bu 5 + 2 formulunu dəstəkləmişdi. Bu, sadəcə müzakirə edilməli olan bir təklif idi və Ermənistan belə bir seçimə razı olanda Bakı daha çox şey tələb edəcəkdi - Şuşa, Laçın və s.”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər