9 Yanvar 2021 16:25
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın özünün və hökumətinin istefasını gözləyirik.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Yazıçılar Birliyinin yaydığı açıqlamada deyilib.

Açıqlamada bildirilib:

“2020-ci ilin xalqımız və vətənimiz üçün çox həyəcanverici bir vəziyyətdə bağladığını təəssüf hissi ilə bildirməliyik. İqtisadi və sosial inkişaf üçün real perspektivlərin olmaması, koronavirus pandemiyasına qarşı səmərəli mübarizənin aparılmaması, milli dəyərləri əks etdirməyən şübhəli təhsil, elm və mədəni inkişaf siyasətinin qəbul edilməsi və inadla həyata keçirilməsi, nəhayət, uğursuz daxili və xarici siyasət nəticəsində ikinci Qarabağ müharibəsində alçaldıcı bir məğlubiyyətlə üzləşdik. Reallıqlar səbəbləri və nəticələri emosionallıqdan uzaq, dərin və hərtərəfli araşdırma tələb edir”.

Ermənistanın ədəbiyyat adamları hesab edir ki, vəziyyətdən çıxış üçün əsas yol Baş nazir Paşinyanın istefasından və ya hakimiyyətin peşəkar syasi qüvvələrə ötürülməsindən keçir:

“Milli maraqlara, xalqımızın gələcəyinə dair bir baxışa əsaslanan hədəflərə çatmaq üçün hazırkı Baş nazirin və Ermənistan hökumətinin istefasını və keçid hökumətinin qurulmasını gözləyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər