“Azərbaycan ordusunun möhtəşəm və rəşadətli qələbəsinin səsini Ermənistan ordusu da, o ordunu quran faşist təfəfkkürlü Köçəryan və Sərkisyan da hələ çox illər unutmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.
Baş redaktor Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyini bildirib:
“Ermənistanın üçüncü prezidenti Sərkisyan yenidən ”dirilib” və yerli “Armnews” telekanalına verdiyi müsahibədə sayıqlayır ki, Azərbaycan və Prezident İlham Əliyev Ermənistan ordusunu, xalqını məğlub etməyib. O, orduda bir gün də xidmət keçməyən, kapitulyator Paşinyanı, onun komandasını məğlub edib. Bununla o, öz aləmində ermənilərə yeni ruh, nəfəs vermək və Qarabağ sorununun hələ bitmədiyini aşılamaq istəyir. Amma bir şeyi unudur ki, Ermənistan ordusu son iki ildə, yəni, Paşinyan hakimiyyətdən gələndən sonra qurulmayıb. Özünün də etiraf etdiyi kimi məğlub olan Ermənistan ordusu Köçəryan, Sarkisyan tərəfindən qurulub. Bu müharibədə məğlub olan da həmin ordudur. Paşinyan isə məğlub ordunun komandanı kimi kapitulyasiyaya imza atan şəxsdir.
Azərbaycan ordusunun möhtəşəm və rəşadətli qələbəsinin səsini Ermənistan ordusu da, o ordunu quran faşist təfəfkkürlü Köçəryan və Sərkisyan da hələ çox illər unutmayacaq”.
Rəfail Becanov hesab edir ki. Paşinyan bu müharibədə sadəcə bir vintcik idi:
“O, komanda verən statusda olsa da, böyük fiqur deyildi. Azərbaycan bu müharibədə təkcə Ermənistan ordusunu və erməni xalqını məğlub etmədi, həm də Köçəryan-Sarkisyan cütlüyünün avantürist siyasətinə öldürücü zərbə vurdu. Onların hər ikisini siyasi meyitə çevirdi. Bu gün Köçəryan da, Sarkisyan da bütün çabalarına rəğmən siyasi meyitdir.
Ona görə də Sarkisyan, Köçəryan və ya bir başqası ermənilərə nə qədər ruh verməyə çalışsa da, nəticəsi olmayacaq. Fərari ordu və məğlub erməni xalqı öz məğlubiyyətini bilir və anlayır”.