2020-ci ildə türk mallarının idxalında vergi gəlirləri 25 milyard dram (50 milyon dollar) təşkil edib.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin statistikası, gəlirlərin mühasibatı şöbəsinin müdiri Mnataskan Şarafyan deyib.
Şarafyan iddia edib ki, Türkiyədən idxal olunan mallara qoyulan qadağanın vergi daxilolmalarında azalmaya səbəb ola biləcəyini indidən demək hələ tezdir. O, buna səbəb kimi idxalçıların Çin daxil olmaqla digər bazarlara yönəlməsini göstərib.
Bununla belə məmur deyib ki, 2019-cu ilin sonunda idxal olunan türk mallarının 4 ay ərzində gömrükdən keçməsi mümkün olacaq: “Türkiyədən əsasən geyim, sitrus meyvələri, məişət üçün kimyəvi maddələr idxal olunur”.
Dövlət Gəlirləri İdarəsinin gömrük nəzarəti şöbəsinin müdiri Artem Karapetyan isə deyib ki, türk mallarına qadağa tətbiq edilməsinə baxmayaraq idxal cəhdi halları baş verir.