Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Çindəki ticarət nümayəndəsi Varazdat Karapetyanı vəzifəsindən azad edib.
Teleqraf.com xəbər verir ki, baş nazirin müvafiq qərarı Ermənistan hökumətinin informasiya portalında dərc olunub.
Xatırladaq ki, V.Karapetyan 2020-ci ilin noyabrında hakim “Mənim addımım” parlament fraksiyasından çıxmışdı. Nikol Paşinyan 2020-ci ilin dekabrında onu Ermənistanın Çindəki ticarət nümayəndəliyinə attaşe təyin etmişdi. Bu il fevralın 16-da isə V.Karapetyan feysbuk səhifəsində bu vəzifədən istefa verdiyini bəyan etmişdi.