Xocavənd rayonunda və digər ərazilərdə aparılan axtarışlar zamanı ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 6 erməni hərbçinin meyiti aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, ölənlərin hamısı hərbi qulluqçulardır. Meyitlərin ekspertizasından sonra onların şəxsiyyəti müəyyənləşdiriləcək.
Bununla da Qarabağ və digər ərazilərdə aşkarlanmış itkin erməni hərbçilərin meyitlərinin sayı 1 496-ya çatıb.
Qeyd edək ki, bu göstərici yalnız müharibə zamanı itkin erməni düşmüş hərbçilərin saynı əks etdirir. Müharibənin başa çatmasından 4 ay keçməsinə baxmayaraq, Ermənistanın Müdafiə Nazirliyi ikinci Qarabağ müharibəsində həlak olan hərbçilərin sayını bu günə qədər açıqlamayıb.