6 Aprel 2021 23:57
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mövcud vəziyyət kökündən dəyişdirilməsə, Ermənistan yavaş-yavaş öləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın sabiq baş naziri Vazgen Manukyan deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi müharibə dövründə medianı susduraraq, minlərlə gənci qırğına verib.
Manukyan Baş nazir Nikol Paşinyanın iyun ayında keçiriləcək seçkilərdə məğlub olacağını istisna etdiyini, bu səbəbdən seçkiləri tanımadığını deyib:

“Ürəyiniz onlara nifrət hissi ilə dolmalıdır. Vətənimizi dağıtdılar. Yeganə yol onları qovmaqdır. Seçkiləri tanımıram. Bu hakimiyyəti uzaqlaşdırmağa nail olmaq, özümüzə hörmət etmək deməkdir”.

O, qarşıdakı növbədənkənar parlament seçkilərinin Ermənistana zərərdən başqa bir şey gətirməyəcəyinə inandığını bildirib.
Siyasətçi əmindir ki, vəziyyəti kökündən dəyişdirməsələr, Ermənistan yavaş-yavaş öləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər