Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki müxalifət qüvvələrinə hökumət başçısının seçilməsi ilə bağlı razılaşmanı pozmağa cəhd göstərməmək barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, Paşinyan parlament partiyaları və ölkə prezidenti ilə əldə etdiyi razılığı yerinə yetirmək niyyətində olduğunu bildirib.
“Son vaxtlar bəzi qüvvələrin fərqli bir ssenarini həyata keçirməyə çalışacaqları barədə fikirlər səsləndirilir. Müqavilələri pozmaq cəhdləri varsa, bu vəziyyət üçün hazır həll yolumuz var”, - Paşinyan qeyd edib.
O, seçkilərdə “Mənim addımım” blokunun namizədi kimi iştirak edəcəyini də deyib.