21 May 2021 15:48
3 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Armen Sərkisyan Baş nazir Nikol Paşinyanla Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş Ermənistan prezidentinin təşəbbüsü ilə baş tutub.

Söhbət əsnasında tərəflər mövcud vəziyyəti müzakirə ediblər.

Sərkisyan və Paşinyan delimitasiya və demarkasiya işlərinə başlamağın ilkin şərtləri barədə fikir mübadiləsi aparıblar.

Paşinyan Ermənistan ərazilərindəki Azərbaycan hərbi qüvvələrinin hələ də geri çəkilmədiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər