26 May 2021 11:59
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Müdafiə naziri Vaqarşak Arutyunyan rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Söhbət əsnasında tərəflərin Qarabağdakı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdikləri bildirilib.

Axırıncı dəfə Arutyunyan və Şoyqu mayın 20-də telefonda danışıblar.


Müəllif: Mənsur Rəğbətoğlu