2 İyun 2021 10:14
1 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Azərbaycan nümayəndələri arasında sərhəddəki vəziyyətlə bağlı danışıqlar Moskvada keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” qəzeti məlumat yayıb.

Danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr müzakirə olunacaq.

Məlumata görə, erməni tərəfdən Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin müavini Arşak Karapetyan və sərhəd qoşunlarının baş qərargah rəisi Arman Qasparyan danışıqlarda iştirak edəcək. Azərbaycan xarici kəşfiyyat xidmətinin rəisi Orxan Sultanovun Azərbaycan tərəfini təmsil edəcəyi deyilib.

Qarabağdakı sülhməramlı kontingent komandiri Rüstəm Muradovun danışıqlarda Rusiya tərəfindən iştirak edəcəyi qeyd olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər